Kartlar

Kredit xəttinin məbləği

min.200 AZN - maks.5000 AZN

Əmək haqqı tələbi

- Təhsil və Tibb müəssisələrində çalışanlar üzrə: 210 AZN və daha yuxarı (vergilər tutulmamış)
- Dövlət və nüfuzlu özəl müəssisələrin əməkdaşları üzrə
- 210 AZN və daha yuxarı (vergilər tutulmamış) - Təqaüdçülər üzrə - minimum 200 AZN.

Kartın qiyməti

Kart pulsuzdur

Harada alış-veriş edə bilərsiniz?

Partnyor mağalarda, ölkədə və ölkə xaricində istənilən MasterCard/VISA loqosu olan ticarət və xidmət obyektlərində, həmçinin onlayn alış-veriş edə bilərsiniz. Qeyd: Plastik kartlar üzrə kartın valyutasından fərqli valyutada əməliyyatlar (ATM, Card to Card, online, retail və s.) müvafiq olaraq bankdaxili “Plastik kartlar üzrə alış və satış məzənnələri”nə əsasən konvertasiya edilməklə nəzərə alınır və bu zaman heç bir konvertasiya komissiyası tutulmur.

Ödəniş vaxtını dəyişdirə bilərsiniz!

Siz kartın rəsmiləşmə anında və ya sonradan Banka müraciət edərək ödəniş vaxtını dəyişdirə bilərsiniz. Yəni, hazırda ödəniş vaxtınız hər ayın 1-10 tarixləri aralığındadırsa, Siz Banka müraciət edib ödəniş tarixini 11-dən – 20-si tarixləri aralığında və ya 21-dən ayın son günü tarixləri aralığında və ya əksinə təyin edə bilərsiniz. Ödəniş aralığını həmən dövr ərzində dəyişə bilmək üçün mütləq ödənilməli borclar ödənilmiş olmalıdır, ödəniş aralığından əvvəlki və ya sonrakı aralıqda dəyişə bilmək üçün isə gecikmə olmamalıdır. Müqavilə dövründə ilk dəfə dəyişmə pulsuzdur, növbəti dəyişmələr zamanı kartın limitinin 1% + 10 AZN həcmində komissiya nəzərdə tutulub.

Kredit xəttinin məbləği

48 ay müddətinə sifariş

Təmassız ödəniş

Təmassız ödəniş funksiyası dedikdə Pin kod daxil edilmədən kartla 100 manatdan çox olmayan məbləğlər həddində əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur.

Kimlər KreditAL kartını ala bilər?

18-60 yaş aralığında olan, şəxsi gəliri olan insanlar KreditAL kartını ala bilərlər.

Ödənişi nə vaxt etməliyik?

Ödəniş vaxtı Sizin kartı aldığınız tarixdən asılıdır. Bolkartı ayın 1-10 tarixləri aralığında almısınızsa ödənişiniz də hər ayın 1-10 tarixləri aralığında olacaq. Uyğun olaraq, Bolkartı 11-20 tarixləri aralığında almısınızsa ödəniş hər ayın 11-20 tarixləri aralığında, 21-ayın son günü tarixləri aralığında almısınızsa ödəniş hər ayın 21-ayın son günü tarixləri aralığında olacaq.

Limitdən istifadə etdiyiniz məbləğləri hansı qaydada ödəməlisiniz?

1. “İndi al 1 aya ödə” imkanı ilə istifadə edilən məbləğlər üzrə: - “İndi al 1 aya ödə” imkanı ilə (Bankın partnyorları olan ticarət və xidmət məntəqələrində istifadə edilmiş məbləğlər, Ölkə daxili və xarici POS-terminallar və həmçinin Beynəlxalq elektron ticarət əməliyyatları) istifadə edilmiş məbləğlər növbəti ödəniş aralığında tam ödənilmədikdə ödəniş aralığının sonuncu günündən sonrakı gündən başlayaraq gündəlik əsasda aylıq 2,09 % həcmində faiz hesablanır və sonrakı ödəniş aralığından başlayaraq 18 ay ərzində hər ay istifadə edilmiş məbləğin ən azı 1/18 (on səkkizdə bir) hissəsi, həmçinin ödənilən tarixə hesablanmış faizlər mütləq ödənilməlidir.

Gecikmə hansı hallarda və nə qədər məbləğdə hesablanır?

Təyin edilmiş ödəniş aralığında Siz mütləq ödənilməsi tələb edilən borcu ödəmədikdə, gecikdirilmiş hər gün üçün ödənişi gecikmiş məbləğin 1 faizi minimum 50 (əlli) qəpik cərimə hesablanır. Misal üçün, Siz “İndi al 6 aya ödə” imkanı ilə 600 AZN məbləğində etdiyiniz alış-verişin dəyərini hər ayın 10-na qədər bərabər hissələrə bölərək (yəni 600/6 = 100 AZN) 6 ay ərzində tam ödəməlisiniz. Ödənişlər vaxtında edilmədikdə, ödəniş aralığının sonuncu gündən sonrakı gündən etibarən (nümunəyə əsasən ayın 11-dən), gecikdirilmiş hər gün üçün nümunədə qeyd edilən məbləğə əsasən 100AZN *1% =1 AZN həcmində cərimə hesablanır.